29 Aprel 2024
15 ildən sonra ilk dəfə... – İsrailin Baş naziri Türkiyəyə gedir

15 ildən sonra ilk dəfə... – İsrailin Baş naziri Türkiyəyə gedir

21 İyul 2023
Baxış: 405

İsrailin Baş naziri Benyamin Netanyahu 15 ildən sonra Türkiyəyə səfər edəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Aparatı ilə Əlaqələr Şöbəsindən məlumat verilib.

Məlumatlara görə, iyulun 25-də Fələstin prezidenti, üç gün sonra - iyulun 28-də isə İsrailin baş naziri Benyamin Netanyahu Türkiyəyə səfər edəcək. İki ölkənin liderləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyədə olacaqlar.

Fələstin prezidentinin səfəri zamanı liderlər Fələstin-Türkiyə münasibətləri, İsrail-Fələstin münaqişəsi, beynəlxalq və regional gündəliyin digər məsələlərini müzakirə edəcəklər.

“Türkiyə və İsrail liderləri ölkələr arasında ikitərəfli əlaqələri, eləcə də əməkdaşlığın inkişafı üçün lazımi addımları da müzakirə edəcəklər. Aktual regional və beynəlxalq problemlərə dair fikir mübadiləsi aparılacaq”, - məlumatda deyilir.

Netanyahu Türkiyəyə sonuncu dəfə 2009-cu ildə, 2010-cu ildə Qəzzaya humanitar yardım aparan gəmiyə hərbi hücumda 9 türkün ölümündən əvvəl səfər etmişdi. Hadisədən sonra iki ölkə diplomatik əlaqələri kəsib.(sfera.az)