27 Aprel 2024
"Zəngəzur dəhlizi İran üçün qırmızı xətdir, Türkiyə güc göstərsə..." - Poqosyandan ŞOK AÇIQLAMA

"Zəngəzur dəhlizi İran üçün qırmızı xətdir, Türkiyə güc göstərsə..." - Poqosyandan ŞOK AÇIQLAMA

06 Oktyabr 2021
Baxış: 681

44 günlük müharibənin nəticələri İranın xeyrinə oynamadı və bu ölkə prosesin qarşısını ala bilmədiyini başa düşdü. O anladı ki, yeni vəziyyətə uyğunlaşmağa başlamalıdır.

AJMEDİA.İNFO axar.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Beniamin Poqosyan deyib.

“Amma İran üçün bir qırmızı xətt var. O da Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizidir. İran hər tərəfdən türk qüvvələri ilə əhatə olunmaq istəmir, qorxur ki, Azərbaycanla Türkiyə Ermənistanı bu dəhlizin açılışına getməyə məcbur edəcək.

Son günlər İrandan göndərilən “mesaj”lar da buna işarədir. Azərbaycanla Türkiyə Ermənistanı güc yolu ilə Zəngəzur dəhlizini açmağa məcbur etməyə çalışsa, İran ordusunu cəlb edərək buna cavab verə bilər. Amma Ermənistan özü dəhlizin açılmasına razılıq verərsə, İranın bu prosesin qarşısını almaq imkanları, demək olar ki, sıfra enəcək”, – Poqosyan bildirib.