29 Aprel 2024
Zelenskidən Türkiyəyə DƏSTƏK: "Bu çətin durumda yanınızdayıq"

Zelenskidən Türkiyəyə DƏSTƏK: "Bu çətin durumda yanınızdayıq"

30 İyul 2021
Baxış: 810

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyədə baş verən meşə yanğınları ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

AJMEDİA.İNFO xəbər verir ki, Ukrayna lideri bu barədə özünün tvitterdəki hesabında yazıb.

“Dostum, prezident Rəcəb Tayyib Ərdoğana böyük yanğınla əlaqədar başsağlığımı çatdırdım. Yanğın əleyhinə təyyarəmiz sabah (bu gün-red) Türkiyəyə uçacaq. Ukrayna xalqı bu çətin zamanda dost Türkiyə xalqı ilə birlikdə olacaq”, - Zelenski sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, son günlərdə Türkiyə güclü meşə yanğınları ilə üzləşib. Yanğınlar Türkiyənin turizm bölgələrinə də yayılıb. 10-dan çox kənd tamamilə məhv olub.