27 Aprel 2024
Zelenskidən ŞOK ADDIM:  Almaniya Prezidentini qəbul etməkdən İMTİNA ETDİ

Zelenskidən ŞOK ADDIM: Almaniya Prezidentini qəbul etməkdən İMTİNA ETDİ

13 Aprel 2022
Baxış: 540

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri Kiyevdə qəbul etməkdən imtina edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Mətbuat yazır ki, V. Zelenski bu addımını Ştaynmayerin Rusiya ilə sıx əlaqədə olması ilə əsaslandırıb.

Öz növbəsində Ştaynmayer təsdiqləyib ki, o, Polşa, Litva, Latviya və Estoniyadan olan həmkarları ilə birlikdə Kiyevə getməyə hazır olub, lakin onun orada olması arzuolunmaz hesab edilib.

“Polşa prezidenti Anjey Duda bir neçə gün əvvəl təklif etdi ki, biz Estoniya, Latviya və Litva prezidentləri ilə birlikdə Ukraynaya yollanaq ilə ümumi Avropa həmrəyliyi barədə mesaj verək. Mən buna hazır idim, amma … qeyd etməliyəm ki, Kiyevdə bu səfərin olmasını istəmədilər” – deyə Ştaynmayer vurğulayıb.(pressklub)