08 May 2024
Zelenski Milli Təhlükəsizlik və Müdafiə şuralarını toplayır

Zelenski Milli Təhlükəsizlik və Müdafiə şuralarını toplayır

24 Yanvar 2022
Baxış: 624

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə şuralarının iclasını çağırıb.

AJMEDİA.İNFO xəbər verir ki, Bu barədə şuranın mətbuat xidməti məlumat yayıb.

Yerli vaxtla 17:00-da toplanacaq şuranın gündəmində daxili və xarici təhdidlər milli təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər, iqtisadi vəziyyət və koronavirusla mübarizə məsələləri müzakirə olunacaq.

Həmçinin saat 18:30-da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun brifinqinin keçiriləcəyi qeyd olunur.