27 Aprel 2024
"Zakir Fərəcov hazırda..." — İcra başçısının səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA

"Zakir Fərəcov hazırda..." — İcra başçısının səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA

11 Sentyabr 2023
Baxış: 735

Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun səhhəti ilə bağlı mediada ziddiyyətli məlumatlar yayılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Demokrat.az məsələni dəqiqləşdirmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevlə əlaqə saxlayıb.

O, yayılan məlumatları təkzib edib:

“Zakir müəllim hazırda təhsillə bağlı konfransda iştirak edir. Media qurumlarından xahiş edirik ki, dəqiq olmayan məlumatlar yaymasınlar. Zakir Fərəcov hər gün tədbirlərdədir. Sağlamlığı ilə bağlı problem yoxdur”.