08 May 2024
Zabrat körpüsündə ağır qəza: Xəsarət alanlar var - VİDEO

Zabrat körpüsündə ağır qəza: Xəsarət alanlar var - VİDEO

22 Noyabr 2021
Baxış: 591

Bakının Zabrat qəsəbəsində yerləşən körpüdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, qəza “manatlıq” taksi ilə 186 nömrəli avtobusun toqquşması nəticəsində baş verib.

İlkin məlumata görə, xəsarət alanlar var.

Qəzanın görüntülərini təqdim edirik: