30 Aprel 2024
Yüngül əxlaqlı qadın PSJ-nin futbolçusunu QARƏT ETDİ

Yüngül əxlaqlı qadın PSJ-nin futbolçusunu QARƏT ETDİ

27 Oktyabr 2021
Baxış: 585

PSJ klubunun futbolçusu öz avtomobilində qarət olunub.

AJMEDİA.İNFO fanat.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan futbolçunun işıqforda dayandığa zaman avtomobilindən qarət edilib.

Hadisə oktyabrın 26-da axşam saatlarında baş verib. Futbolçunun avtomobili "Bois de Boulogne" ictimai parkı ərazisində işıqforda dayananda yüngül əxlaqlı qadın maşına minib. Qız salonda olan pulqabı və telefonu götürərək qaçıb. Daha sonra futbolçu polisə müraciət edib. Bir müddət sonra polis oğurlanan əşyaları futbolçuya geri qaytarıb.

Qeyd edək ki, XI turdan sonra 28 xal toplayan PSJ Fransa I Liqasında turnir cədvəlinə liderlik edir.