29 Aprel 2024
Yunanlar qorxu içərisində: Türkiyə ilə sərhəd gücləndirilir

Yunanlar qorxu içərisində: Türkiyə ilə sərhəd gücləndirilir

15 Oktyabr 2021
Baxış: 593

Yunanıstan Əfqanıstandakı böhran səbəbindən ölkədə qanunsuz miqrasiyanın artmasından qorxur və bununla əlaqədar Türkiyə ilə sərhəddə sərhədçilərin sayını artırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Yunanıstanın miqrasiya naziri Notis Mitaraçi danışıb.

"Bir neçə ay ərzində daha 25 zabit Yunanıstan sərhəd qüvvələrinə qoşulacaq. Onların ümumi sayı 1750 olacaq. Hava limanlarında və Türkiyə sərhədinə yaxın bölgələrdə işləmək üçün təxminən 800 sərhədçi işə götürüləcək", - Mitaraçi qeyd edib.