27 Aprel 2024
Yevgeni Priqojin və Dmitri Utkinin təyyarə qəzasında öldüyü TƏSDİQLƏNDİ

Yevgeni Priqojin və Dmitri Utkinin təyyarə qəzasında öldüyü TƏSDİQLƏNDİ

24 Avqust 2023
Baxış: 635

Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin sərnişinləri arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkinin də olduğu rəsmi olaraq təsdiqlənib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.


Məlumata əsasən xilasedicilər 7 nəfərin cəsədini qalıqlar altından çıxarıblar.

Qeyd edək ki, Utkin Yevgeni Priqojinin “sağ əli” olub. O, Rusiya Müdafiə Nazirliyinin silahlarının satışı ilə məşğul olub.