28 Aprel 2024
Yerusəlimdə avtomobil piyadaların üzərinə sürülüb, yaralananlar var

Yerusəlimdə avtomobil piyadaların üzərinə sürülüb, yaralananlar var

24 Aprel 2023
Baxış: 464

Yerusəlimin mərkəzində avtomobil bir qrup piyadanın üzərinə sürülüb, bir neçə nəfər xəsarət alıb, avtomobilin sürücüsü yerindəcə zərərsizləşdirilib.

Bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

“Yerusəlimin Aqrippa küçəsində sürücünün yoldan keçənlərin üzərinə sürməsi barədə məlumat daxil olub. Hadisə nəticəsində bir neçə qurban var. Şübhəli zərərsizləşdirilib, hadisə yerinə böyük polis qüvvələri cəlb edilib”, - məlumatda deyilib.

“The Jerusalem Post” qəzetinin yazdığına görə, insident Yerusəlimin mərkəzində ən sıx alış-veriş yerlərindən biri olan Mahane Yehuda bazarının yaxınlığında baş verib.

Teqlər: