29 Aprel 2024
Yenidoğulan körpəni Şəhidlər xiyabanına atıblarmış - FOTO - YENİLƏNİB

Yenidoğulan körpəni Şəhidlər xiyabanına atıblarmış - FOTO - YENİLƏNİB

22 İyul 2021
Baxış: 1106

Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda küçəyə atılan körpə barədə məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AJMEDİA.İNFO-ya bildirilib ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki Şəhidlər xiyabanının ərazisində yeni doğulmuş uşaq tapılıb:

“Uşaq Rayon Mərkəzi Xəstəxanasına təhvil verilib. Faktla bağlı hazırda Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır”.

***

13:50

Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə Feysbuk səhifəsində yazıb.

O bildirib ki, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb:

"Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə".

Xatırladaq ki, daha öncə Sumqayıtda və Ucarda körpələr küçəyə atılmışdı.