28 Aprel 2024
“Yenidən çıxılmaz vəziyyətə qayıtdıq” - PUTİNDƏN ŞOK AÇIQLAMA

“Yenidən çıxılmaz vəziyyətə qayıtdıq” - PUTİNDƏN ŞOK AÇIQLAMA

13 Aprel 2022
Baxış: 984

“İstanbul görüşündə Ukrayna ilə müəyyən razılığa gəldik. Bu razılıq ondan ibarət idi ki, Ukrayna üçün təhlükəsizlik təminatı Krım, Sevastopol və Donbas ərazisinə aid edilməyəcək”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə “Vostoçnıy” kosmodromunda keçirilən görüşdə deyib.

“Rusiya danışıqların davam etməsi üçün şərait yaratdı. Lakin Ukrayna tərəfi İstanbul razılaşmasından uzaqlaşdı. İndi təhlükəsizlik təminatı məsələsi ayrıca müzakirə olunur, Krım, Sevastopol və Donbas məsələsi bu danışıqlar çərçivəsindən kənara çıxarılır. Başqa sözlə, yenidən çıxılmaz vəziyyətə qayıtdıq”, – deyə Putin çıxışında qeyd edib