28 Aprel 2024
Yeni vəzifəyə təyin olunan İnam Kərimovla bağlı MARAQLI FAKTLAR

Yeni vəzifəyə təyin olunan İnam Kərimovla bağlı MARAQLI FAKTLAR

04 Aprel 2023
Baxış: 731

Xəbər verdiyimiz kimi, İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib.

AJMEDİA.İNFO "Operativ Məlumat Mərkəzi-OMM"ə istinadən onun dosyesini təqdim edir:

İnam Kərimov 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. Orta təhsili (1984-1994) S.C.Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında alıb. 1994-1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib.

1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000-2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə elə həmin universitetdə hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.

2002-ci ildən 2004-cü ilədək Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə isə baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli 2426 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2018-ci il tarixli 9 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib. 2023-ci ilin aprelin 4-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin olunub.