29 Aprel 2024
Yeni məktəbli formaları neçəyə olacaq? - VİDEO

Yeni məktəbli formaları neçəyə olacaq? - VİDEO

27 İyul 2022
Baxış: 590

2022/2023-cü il tədris ilinin sonunda Azərbaycanda tətbiq olunan yeni məktəbli formalarının ilkin qiymətləri məlum olub.

AJMEDİA.İNFO bildirir ki, bu barədə AzTV-nin hazırladığı süjetdə məlumat verilib.

Qeyd edilib ki, yeni formaların region və bölgələr üzrə rəng, material və modellərə görə fərqlənməsi təklif olunur.

Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayeva yeni məktəbli formalarının ilkin qiymətləri barədə danışıb:

“İkili məktəbli formalarının qiyməti 30 AZN-ə yaxın olacaq. Üçlü və dördlü dəst olacaqsa, qiymət 55-65 manat arasında dəyişəcək”.

Həmin süjeti təqdim edirik: