29 Aprel 2024
“Yapon alimlər iki erkək siçanı cütləşdirdi, 7 bala...” – İnsanlar üzərində də sınaq ediləcək

“Yapon alimlər iki erkək siçanı cütləşdirdi, 7 bala...” – İnsanlar üzərində də sınaq ediləcək

10 Mart 2023
Baxış: 394

Yaponiya alimləri yeniliyə imza atıb.

AJMEDİA.İNFO bildirir ki, elm adamları iki erkək siçandan nəsil yetişdirməyi bacarıblar. Belə ki, siçanların genetikasını dəyişdirən Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları erkək siçanların dəri hüceyrələrini kök hüceyrələrə çeviriblər. Bununla da onlar əvvəlcə yumurta, daha sonra bala istehsal edə biliblər.

“Alimlər hüceyrələrdə cinsi təyin edən Y xromosomunu silib və onu qadın X xromosomu ilə cütləşdiriblər. Bu şəkildə yumurta uğurla istehsal edilib. Erkək siçanın yumurtası başqa bir erkək siçanın sperması ilə mayalanıb”, deyə məlumatda bildirilib.

Mütəxəssislər kök hüceyrə üsulu ilə 7 sağlam körpə siçan əldə etdiklərini vurğulayıblar. Araşdırmanın nəticələri Londondakı Crick İnstitutunda keçirilən sammitdə açıqlanıb.

Qeyd olunub ki, komanda indi bu texnikanı insanlar üzərində sınaqdan keçirməyə hazırlaşır. Metodun 10 ildən sonra daha da inkişaf etdirilə və sonsuzluğun müalicəsində istifadə oluna biləcəyi bildirilib:

“Bununla, X xromosom çatışmazlığından qaynaqlanan “Turner sindromu” da müalicə edilə bilər”.

Lakin yapon alimləri insan hüceyrələrində uğur qazanmağın qat-qat çətin olduğunu vurğulayıblar.(sfera.az)