28 Aprel 2024
XTQ generalına AĞIR İTKİ

XTQ generalına AĞIR İTKİ

14 Sentyabr 2021
Baxış: 973

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanlarından biri olan Zaur Məmmədova ağır itki üz verib.

AJMEDİA.İNFO-nun məlumatına görə,general-mayorun anası bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Zaur Məmmədov (Cavanşir) Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. O, 2002–2004-cü illərdə mayor rütbəsində Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Akademiyasında təhsil alıb.

General-mayor Z.Məmmədovun Şuşanın azad edilməsində müstəsna xidmətləri olub və Şuşanın ilk komendantı təyin edilib.