27 Aprel 2024
Xocalılıları təxliyə edən ukraynalı pilot VƏFAT ETDİ

Xocalılıları təxliyə edən ukraynalı pilot VƏFAT ETDİ

04 Aprel 2022
Baxış: 465

Xocalı soyqırımının ilk canlı şahidlərindən biri olan ukraynalı pilot Leonid Kravets vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov feysbukda paylaşım edib.

“Bir saat öncə çox ağır və üzücü xəbər aldım. Əziz dostum Leonid Kravets uzun sürən xəstəlikdən sonra gözlərini əbədi olaraq yumdu. Xocalı qətliamının dəhşətlərinin Azərbaycan tərəfindən videolentə alınmasında, Xocalıdan mülki əhalinin təxliyə olunmasında müstəsna rolu olan qəhrəman pilot. Leonid Kravetsin Qarabağ həqiqətlərinin dünyaya yayılmasında böyük rolu oldu və buna görə də biz hər zaman Leonid Markoviçə minnətdar olacayıq. Minlərlə insanın həyatını xilas edən qəhrəman, ruhun şad olsun!”,- deyə Hikmət Cavadov qeyd edib.

Qeyd edək ki, Leonid Kravets soyqırımı barədə rəsmi Bakıya ilk xəbər verən, 2 gün sonra Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevi və hərbçiləri soyqırım ərazisinə aparan ilk pilot olub.