29 Aprel 2024
Xəzər dənizində köpək balığı tapılıb? - AÇIQLAMA

Xəzər dənizində köpək balığı tapılıb? - AÇIQLAMA

17 Yanvar 2022
Baxış: 792

Xəzər dənizində köpək balığının olması iddia edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

ETS-nin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin görüntülər Xəzər dənizində çəkilməyib:

“Bu videonu dağıstan balıqçıları Oxot dənizində çəkilbər. Bunlar brakonyerlərdir. Onların istifadə etdiyi torlar ovlanma üçün qadağandır. Bu köhnə və “fake” görüntüdür”.

O qeyd edib ki, Xəzər dənizində köpək balığı yaşaya bilməz.