29 Aprel 2024
“Xankəndi və ətraf bölgələrdə antiterror əməliyyatları keçirilə bilər” — SENSASİON AÇIQLAMA

“Xankəndi və ətraf bölgələrdə antiterror əməliyyatları keçirilə bilər” — SENSASİON AÇIQLAMA

08 Fevral 2022
Baxış: 480

Azərbaycan Respublikasının Qarabağ torpaqlarının ermənilərin qaldığı hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya “sülhməramlı” kontingentinin hərbçiləri Kəlbəcər rayonundakı qədim Xudavəng məbədini ziyarət ediblər. Bu haqda Rusiya Müdafiə Nazirliyi bu haqda Rusiya Müdafiə Nazirliyinin fevralın 8-i Bakı vaxtı ilə gecə saat 04:00-da öz rəsmi saytında yaydığı məlumatda bəhs edilir. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda əsas diqqət çəkən məqam məbədimizin “Ermənistanıkı” kimi təqdim etməsidir.

AJMEDİA.İNFO bildirir ki, məsələyə münasibət bildirən politoloq Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında Rusiya Müdafiə Nazirliyinin belə davranışlarının ilk dəfə olmadığını və tez-tez təkrarlandığını vurğulayıb. Politoloq qeyd edib ki, Rusiya sülhməramlı qüvvələri də öz öhdəliklərini doğru-düzgün yerinə yetirmirlər:

Yeni xəritə cızılır

“Hətta, bilərəkdən və məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirə biləcək addımlar atırlar. Buna misal olaraq, Azərbaycanın yük avtomobillərinin Rusiya sülhməramlı qüvvələri ilə yanaşı, erməni separatçıları tərəfindən yoxlanılmasını göstərmək olar. Digər tərəfdən, Xankəndi və ətraf bölgədə silahlı erməni terror dəstələrinin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında səngər qazanları barədə də məlumatlar mövcuddur. Yəni, belə misalları artırmaq da olar”.

“Təbii ki, bütün bunların baş verməsi, rus sülhməramlıların öz öhdəliklərinə zidd davranışlara yol vermələri qətiyyən səbəbsiz deyil. Kreml Rusiya Müdafiə Nazirliyi və rus sülhməramlıları üzərindən Azərbaycana təzyiq göstərməyə çalışır. Rəsmi Bakının müstəqil xarici siyasət yürütməsi, Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutması Kremlin xoşuna gəlmir. Kreml həm Ukrayna böhranı, həm də ABŞ və NATO ilə hərbi-siyasi qarşıdurmada Azərbaycanı Rusiyanın yanında görmək istəyir. Ancaq rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyanlayır. Rusiyanın ABŞ və Qərblə qarşıdurmasına isə birbaşa qarışmağa ehtiyac duymur. Ona görə də, Kreml müxtəlif vasitələrlə Azərbaycana təzyiq göstərməyə cəhd edir. Ancaq NATO üzvü olan Türkiyənin Azərbaycana dəstəyi Rusiyanın dolayısı təzyiqlərinin təsirini zəiflədir. Böyük ehtimalla hansısa mərhələdə rəsmi Bakı Rusiyanın təzyiqlərinə rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə antiterror əməliyyatı keçirtməklə cavab verə bilər. Üstəlik, erməni separatçıların fəaliyyətində Azərbaycan ordusunun antiterror əməliyyatına əsas verən kifayət qədər davranışlar var”- deyə, politoloq əlavə edib.