29 Aprel 2024
Xalq artistinin qızı: " Atamın vəziyyəti ağırdır, Mədəniyyət Nazirliyi heç bir kömək etmir" - FOTO

Xalq artistinin qızı: " Atamın vəziyyəti ağırdır, Mədəniyyət Nazirliyi heç bir kömək etmir" - FOTO

22 Aprel 2023
Baxış: 393

"Atamın vəziyyəti çox ağırdır. Xəstəxanadan evə buraxıldıqdan sonra stansionar olaraq müalicəsini davam etdiririk".

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Xalq artisti Ramiz Məlikin qızı musavat.com-a açıqlamasında deyib.

Aktyorun qızı 79 yaşlı Xalq artistinin hansı xəstəlikdən əziyyət çəkdiyini bildirməsə də, Mədəniyyət Nazirliyi tərəfindən hər hansı bir köməklik olmadığını vurğulayıb:


"Zəng edib, vəziyyət ilə maraqlanıblar. Amma vəziyyəti ilə bağlı heç bir yardım və dəstək göstərilməyib".

Xatırladaq ki, bir neçə gün öncə Xalq artisti, "Şöhrət" ordenli Ramiz Məlik səhhətində yaranmış problemlərlə bağlı Heydər Əliyev Fonduna müraciət etmişdi. Bununla bağlı kulis.az-a danışan aktyor müalicə aldığı xəstəxananın xərclərini ödəyə bilmədiyini demişdi:

"Mənim səhhətimdə yaranmış problemi Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı bilir. Hətta nazirlikdən evə gəlib səhhətimlə maraqlananlar oldu. Dedi ki, "Ramiz müəllim, sizə kömək etməyə hazırıq". Üstündən bir az keçəndən sonra dedi ki, kömək üçün nazirliyin büdcəsi yoxdur. Maddi kömək olmadan xəstə indiki zamanda sağala bilməz. Bir yandan dərmanlar, bir yandan həkimlərin haqqı, bir yandan da xəstəxana xərcləri, mən bunların hamısını ödəyə bilmirəm. Hər yan od tutub yanır.

Mənə dəstək yoxdur. Heç olmasa, hospitalda aparılan müayinə, xəstəxana xərclərimi İcbari Tibbi Sığorta ilə həll etsinlər. Dövlətimdən, Heydər Əliyev Fondundan dəstək gözləyirəm".

Nazirlikdən