28 Aprel 2024
Xalq artisti Nazpəri Dostəliyeva: "O sevgidən alacağım zədəyə hazıram" - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva: "O sevgidən alacağım zədəyə hazıram" - VİDEO

10 Avqust 2022
Baxış: 1346

“Cangüdənlə gəzən müğənnilər bunu reklamları üçün edirlər. Sənətə heç bir şey lazım deyil. Yalnız sənətin və özün. İnsanlığını itirmə. Sənətə gəldinsə, bir sənətini və bir də xalqın musiqisini qoru. Cangüdənə isə ehtiyac yoxdur”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu “Günün sədası” səhər şousunda deyib.

Konsertlərinin birində başına gələn hadisənin pərdəarxası məqamlarından söz açan sənətçi cangüdənlə gəzən həmkarlarını tənqid edib.

“Bütün konsertlərimdə cangüdən olub. Konsertin gedişatı, fanatların özünü saxlaya bilmədiyi üçün cangüdən lazımdır. Bir hadisə heç zaman yadımdan çıxmaz. Zaqatalada konsert verirdim. Bir oğlan fanatım aşağıdan necə hoppandısa səhnəyə... Gəldi ki, məni qucaqlayıb, öpsün. Bilmədilər həmin oğlan niyə görə belə hərəkət edib, yaxınlaşır. Çünki o qaçdı, ətrafdakılar da qorxdu ki, birdən mənə xətər yetirər. Bunu görən musiqiçi oğlanlar həmin gəncə yaxınlaşıb, ona düzgün hərəkət etmədiyini söylədilər.

O zaman isə oğlanın özünün ürəyi getdi. Təcili tibbi yardım avtomobili gəldi. Elə konsertim olmadı ki, orada təcili tibbi yardım olmasın. Əgər bu sevginin önündə mən zədələnsəm də, o sevgidən alacağım zədəyə hazıram. Qoy olsun. Buna da hazıram”.

Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib. Ağır itkidən sonra Xalq artisti uzun müddət səhnədən uzaqlaşıb.

(bizim.media)