28 Aprel 2024
Xalq artisti Nazpəri Dostəliyeva: "Elə gecələrim olub ki, blokda qalmışam" - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva: "Elə gecələrim olub ki, blokda qalmışam" - VİDEO

11 İyul 2022
Baxış: 727

Xalq artisti Nazpəri Dostəliyeva sənətə gəldiyi illərdə yaşadığı çətinliklərdən danışıb.

AJMEDİA.İNFO xəbər verir ki, müğənni bu haqda "Günün sədası" verilişində söz açıb. O bildirib ki, bir vaxtlar yaşadığı binanın blokunda yatıb:

"Evdə hər şeyi özüm edirdim: yemək bişirir, paltar yuyurdum. Toydan gəlirdim uşaqları yedizdirirdim, məktəbə yola salırdım. Elə günüm olub ki, toydan gecə 2, 3-də gəlmişəm. Uşaqlar yuxudan oyanıb qapını açmayıblar. Mən blokda yatmışam, səhərin açılmasın gözləmişəm. Demişəm, saat zəng çalacaq Əli oyanacaq məktəbə gedəndə qapını açacaq. Övladlarım öz savadı ilə universitetə daxil oldu. Biri Almaniyada, digəri Moskvada bitirdi universiteti".