29 Aprel 2024
Xalq artisti Mələkxanım Əyyubovanın gəlininin vəziyyəti pisləşdi - FOTOLAR

Xalq artisti Mələkxanım Əyyubovanın gəlininin vəziyyəti pisləşdi - FOTOLAR

28 Aprel 2023
Baxış: 418

Xalq artisti Mələkxanım Əyyubovanın gəlininin səhhətində problem yaranıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə sənətçinin böyük oğlu Cəfər Nəcəfov sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

Belə ki, o, instaqram hesabının hekayə bölməsində "Yoldaşımda böyrək çatışmazlığı yaranıb. Həyati təhlükəsi var. Heç bir təcili yardım qəbul etmir",-sözlərini yazıb.

Cəfər Nəcəfov daha sonra yeni bir paylaşım edərək xəstəxana tapdıqlarını bildirib: "Mərkəzi Gömrük Hospitalı qəbul etdi. 2+ qan lazımdır".

Qeyd edək ki, cütlüyün iki övladı var.