09 May 2024
Xalq artisti Cahangir Novruzov da Türkiyədəki zəlzələdən ZİYAN GÖRDÜ

Xalq artisti Cahangir Novruzov da Türkiyədəki zəlzələdən ZİYAN GÖRDÜ

07 Fevral 2023
Baxış: 497

Xalq artisti, aktyor Cahangir Novruzov da Türkiyədəki zəlzələyə görə zərər çəkənlər sırasındadır.

AJMEDİA.İNFO bildirir ki, bu barədə aparıcı Vasif Ayan məlumat yayıb. O, aktyorla əlaqə saxladığını qeyd edib.

“Vəziyyət hər bir bölgədə gərgindir. Bilirsiniz ki, Cahangir müəllimin yaşadığı ərazidə - Adanada da dağıntılar var. Cahangir müəllimlə danışanda dedi ki: "Bu gecə də pis şeylər yaşaya bilərik. Heç kimə evlərində qalmağa icazə vermirlər. Bu saat biz Adana yaxınlığında bir kəndə gəlmişik. Orda bir yarım qatlı evdir, bir şey tərpənərsə, tez aşağı gedə bilərik. Heç kəsə gecə evdə qalmağa icazə vermirlər, bura toplanmış 5-10 ailə səhərə qədər oturacağıq. Səhər saat 4-ə yaxın zəlzələ çox güclü oldu, təxminən 1 dəqiqə 40 saniyə çəkdi. Bu böyük bir zəlzələdir. 7.9 bal gücündə zəlzələ olduğunu dərhal yazdılar. Maraş, Nur dağı var, o tərəflərdə oldu. Bizdə hardasa 7.2 - 7.4 filan oldu, amma çox güclü gəldi. Düzdür, bizim ev daha dayanıqlıdır, deyirlər 9 bal gücündə zəlzələyə dözür. Yenə ağır zəlzələ olma ehtimalı ola bilər”.

V.Ayanın sözlərinə görə, aktyor Adanada 3-4 binanın çökdüyünü vurğulayıb:

“”Biri 17, biri 14 mərtəbə, inanın evə oxşamırlar, elə bil inşaat dağıntısı, çöplüyüdür. Altında nə qədər insanlar – öldümü-qaldımı, bəlli deyil. Amma səsləri gəlir. Bir də ən dəhşətlisi yağış yağdı, dünən gecə sel kimi yağış yağdı. O insanları xilas edilsələr də, sətəlcəmdən ölə bilərlər. Belə bir Allahın bəlası yaşandı buralarda. Çox şükür biz pis deyilik, ailəmiz qorxub, nəvəm də yanımdadır. Onları sakitləşdirmək lazımdır”, deyə C.Novruzov deyib””.