29 Aprel 2024
“WizzAir” Gürcüstana uçuşları gələn yaya qədər təxirə salır

“WizzAir” Gürcüstana uçuşları gələn yaya qədər təxirə salır

01 İyul 2020
Baxış: 373

Macarıstanın lou-kost aviaşirkəti “WizzAir” Gürcüstanın Kutaisi hava limanından uçuşları gələn yaya qədər təxirə salacaq.

AJM-nın yerli bürosunun xəbərinə görə, bu barədə aviaşirkətin nümayəndəsi Andras Rado bildirilib.

Onun sözlərinə görə, şirkət Kutaisi hava limanındakı bazasını bağlamağı planlaşdırmır.

"Lakin uçuşların COVİD-19 pandemiyasına görə tətbiq edilən məhdudiyyətlərlə əlaqədar olaraq gələn yaya qədər təxirə salınması planlaşdırılır", - deyə A. Rado vurğulayıb.

Teqlər: WizzAir