28 Aprel 2024
"WhatsApp"dan istifadəçilərini sevindirəcək iki YENİ FUNKSİYA

"WhatsApp"dan istifadəçilərini sevindirəcək iki YENİ FUNKSİYA

11 Yanvar 2024
Baxış: 396

"WhatsApp" istifadəçilərinə mesajların mətnini formatlaşdırmağa imkan verən yeni funksiyanı təqdim edəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Mütəxəssislər bildirirlər ki, messencerdə yeni formatlaşdırma alətləri olacaq: kodlar bloku, sitatlar və siyahılar bloku. Mesajın müəyyən hissəsini vurğulamaq üçün kodlar blokundan istifadə olunacaq.

Sitat bloku "WABetaInfo"nun yazdığı kimi, mesajın müəyyən hissəsinə cavab vermək üçün istifadə edilə bilər. Bunun üçün mətnin qarşısına “>” işarəsi əlavə etməlisiniz. Ekspertlər əlavə edib ki, siyahılar məlumatı təşkil etməyə kömək edəcək. Məqalədə deyilir: “Siyahılar yaratmaq üçün mətninizi '*', '-' və ya rəqəmlərlə başladın.

Yeni funksiya "Google Play Store"-dan "Android" üçün "WhatsApp"ın ən son beta versiyasını quraşdırmış beta testçiləri üçün əlçatandır. Gözlənilir ki, seçim yaxın günlərdə istifadəçilər üçün əlçatan olacaq.

Bundan əvvəl "WhatsApp"da daha bir yeni funksiyanın olacağı məlum olub. Belə ki, yeni funksiyanın köməyi ilə istifadəçilər tətbiqdə stikerlər yarada və redaktə edə biləcəklər.(Sfera.az)