29 Aprel 2024
“Whatsapp” yeni və faydalı funksiyasını TƏQDİM ETDİ - FOTO

“Whatsapp” yeni və faydalı funksiyasını TƏQDİM ETDİ - FOTO

28 Sentyabr 2022
Baxış: 302

“Whatsapp” üçün “Call Links” adlı yeni funksiya təqdim olunub.

AJMEDİA.İNFO xəbər verir ki, artıq linklər vasitəsilə istifadəçilər tətbiqdəki qrup audio və videozənglərinə dəvət etmək imkanı yaranacaq.

İstifadəçilər xüsusi hazırlanmış linki yaxınlarına və ailə üzvlərinə göndərə biləcəklər. Link göndərilənlər isə onun vasitəsilə messencer daxilindəki qrup audio və videozənginə qoşulacaqlar.


Hazırda funksiya hamı üçün aktiv deyil. Ancaq gələn həftədən yenilik istifadəçilər üçün əlçatan olacaq.

Qeyd edək ki, buna oxşar funksiya “Zoom” və “Google Meet” tətbiqlərində var.