29 Aprel 2024
Vilayət Eyvazovdan baş redaktorun oğlu ilə bağlı ƏMR

Vilayət Eyvazovdan baş redaktorun oğlu ilə bağlı ƏMR

11 Yanvar 2023
Baxış: 456

Daxili işlər naziri Vilayət Eyvazov Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi vəzifəsinin müvəqqəti icrası ilə bağlı əmr imzalayıb.

AJMEDİA.İNFO qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə rəis vəzifəsi bölmənin rəis müavini, polis mayoru Sahil Quliyevə həvalə edilib.

Qeyd edək ki, Sahil Quliyev “Bakı Xəbər” qəzetinin baş redaktoru, jurnalist Aydın Quliyevin oğludur.

Xatırladaq ki, 14-cü PB-nin rəisi, polis polkovnik-leytenantı Tural Məşədiyev iki gün əvvəl işdən çıxarılıb və sərəncama götürülüb.