29 Aprel 2024
Vilayət Eyvazov yüksək vəzifəli polkovniki İŞDƏN ÇIXARDI - YENİ TƏYİNAT

Vilayət Eyvazov yüksək vəzifəli polkovniki İŞDƏN ÇIXARDI - YENİ TƏYİNAT

26 Oktyabr 2022
Baxış: 369

Daxili İşlər Orqanlarında yeni kadr təyinatı baş tutub.

AJMEDİA.İNFO xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Müşfiq Aslanov tutduğu vəzifəsindən azad olunaraq təqaüdə göndərilib. Digər əmrlə polis polkovnik-leytenantı Emil Comərdov Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilən Emil Comərdov bundan əvvəl Çevik Polis Alayında çalışıb.