29 Aprel 2024
Vilayət Eyvazov Xələfova YÜKSƏK VƏZİFƏ VERDİ

Vilayət Eyvazov Xələfova YÜKSƏK VƏZİFƏ VERDİ

24 May 2022
Baxış: 557

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

AJMEDİA.İNFO “Report”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Ələkbər Xələfov Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ə.Xələfov bu təyinata qədər həmin İdarədə şöbə rəisi vəzifəsində çalışıb.