29 Aprel 2024
Vilayət Eyvazov rəislə birgə beş əməkdaşı İŞDƏN ÇIXARDI

Vilayət Eyvazov rəislə birgə beş əməkdaşı İŞDƏN ÇIXARDI

02 Sentyabr 2022
Baxış: 467

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Elnur Quliyev işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

AJMEDİA.İNFO Oxu.az-a istinadən xəbər verir ki, o, sərəncama götürülüb.

Hazırda Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat yoxdur.

Eyni zamanda, DYP-nin bir əməkdaşı işdən çıxarılıb, beş nəfər isə daxili işlər orqanlarından xaric edilib.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkədə Xaçmaz DYP-nin rəisi polis mayoru Elnur Quliyevin otaqda polis əməkdaşları ilə pul müzakirə etdiyi barədə görüntülər yayılmışdı.