28 Aprel 2024
Vilayət Eyvazov polis mayorunu yeni vəzifəyə TƏYİN ETDİ

Vilayət Eyvazov polis mayorunu yeni vəzifəyə TƏYİN ETDİ

06 Dekabr 2021
Baxış: 1179

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

AJMEDİA.İNFO-nun Oxu.Az-a istinadən məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Quba Rayon Polis Şöbəsinin (RPŞ) Qonaqkənd Polis Bölməsinin rəisi polis mayoru Samir Çobanov vəzifəsindən azad edilib.

O, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinə rəis müavini təyin edilib.