29 Aprel 2024
Vilayət Eyvazov məşhur polkovniki bu quruma RƏHBƏR TƏYİN ETDİ - FOTO

Vilayət Eyvazov məşhur polkovniki bu quruma RƏHBƏR TƏYİN ETDİ - FOTO

27 Aprel 2022
Baxış: 421

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, NİİM-in rəhbəri postuna polis polkovnik-leytenantı Namidan Piriyev təyin olunub.

N.Piriyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il fevralın 7-də imzaladığı fərmanla "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti DİN-in tabeliyinə verilib. Bu qurum əvvəllər Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub.(report)

Vilayət Eyvazov polkovnik-leytenantı bu vəzifəyə rəhbər təyin etdi