28 Aprel 2024
Vasif Talıbovu əvəz edən şəxsdən ilk açıqlama: "BUNDAN SONRA..."

Vasif Talıbovu əvəz edən şəxsdən ilk açıqlama: "BUNDAN SONRA..."

21 Dekabr 2022
Baxış: 380

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası başa çatıb.

AJMEDİA.İNFO xəbər verir ki, iclasda Vasif Talıbovu hazırda əvəz edən Ali Məclisinin müvəqqəti sədri Azər Zeynalov çıxış edib.

“Bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsas fəaliyyət istiqamətimiz olacaq, dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə sadiq qalacağıq”, - deyə o bildirib.

Qeyd edək ki, iclasda Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun səhhəti ilə bağlı müraciətə baxılıb və onun vəzifəsindən azad olunması ilə bağlı qərar qəbul olunub.