28 Aprel 2024
“Vaksini mən hazırlamışam, AMEA-ya dəxli yoxdur...” - AMEA-nın peyvənd yalanı İFŞA OLUNDU

“Vaksini mən hazırlamışam, AMEA-ya dəxli yoxdur...” - AMEA-nın peyvənd yalanı İFŞA OLUNDU

24 May 2022
Baxış: 447

Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova AMEA tərəfindən koronavirusa qarşı vaksin hazırlandığını bildirmişdi.

AMEA rəhbərliyi tədqiqatçılar qrupu tərəfindən yeni texnologiya əsasında protein əsaslı bir neçə vaksin və spreyin hazırlandığını, ÜST-ün peyvəndlər siyahısına daxil edildiyini də qeyd edib.

AJMEDİA.İNFO xəbər verir ki, AMEA-nın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov gündəm.az-a AMEA-nı təkzib edərək sözügedən vaksinin AMEA tərəfindən yox, birbaşa onun özü tərəfindən hazırlandığını söyləyib.

“Hazırladığım vaksin hələ insanlar üzərində tətbiq olunmayıb. Lakin bu vaksin koronavirusun bütün mutasiyalarına, o cümlədən “Omikron”a qarşı da effektivdir. Dünayada ən çox istifadə olunan Pfizer-BionTech vaksininin iki dozadan sonra təsiri 0 faiz olur, yəni bu vaksin virusdan qorumur. Bizim hazırladığımız vaksin isə 2 dozadan sonra əhəmiyyətli dərəcədə qoruyuculuğa sahib olur. Bu vaksin 62 mutasiyaya qarşı effektivdir və bu tip vaksin ilk dəfə bizim tərəfimizdən təklif edilib. Bu işlərin isə AMEA ilə heç bir əlaqəsi yoxdur, mən Akdeniz Universitetində çalışıram, sadəcə olaraq AMEA-nın müxbir üzvüyəm. Vaksinin hazırlanmasında AMEA-nın rolu yoxdur, vaksin Akdeniz Universitetində, mənim laborotoriyamda hazırlanıb”.

Professor meymunçiçəyi ilə bağlı da effektiv vaksinin hazırlana biləcəyini deyib:

“Bizim bir texnologiyamız var ki, dünyada mövcud olan bütün viruslara qarşı vaksin hazırlayır. Əgər gərəkli olsa, biz meymunçiçəyinə qarşı da vaksin hazırlayacağıq. Mən bu texnologiya ilə qarayara, quduzluğa və koronavirusa qarşı vaksinlər hazırlamışam. Bu potentlərin sahibi mənəm və onlar Avropa, Rusiya tərəfindən tanınmaqdadır. Bu vaksinləri Azərbaycan da dail olmaqla, istənilən ölkədə hazırlayıb, istifadəyə verə bilərəm ”.