29 Aprel 2024
Uşaqlara bu koronavirus peyvəndi VURULACAQ

Uşaqlara bu koronavirus peyvəndi VURULACAQ

18 Avqust 2021
Baxış: 631

Britaniyada “Pfizer/BioNTech” vaksinindən sonra ABŞ-ın “Moderna” şirkəti tərəfindən hazırlanan yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndin 12 yaşdan yuxarı uşaqlar arasında istifadə edilməsinə razılıq verilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ölkənin Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) məlumat yayıb.

“Spikevax” olaraq bilinən peyvəndin “bu yaş qrupunda təhlükəsiz və təsirli” olduğu bildirilib.

Qeyd edək ki, Avropa Dərman Agentliyi (EMA) iyul ayında Avropa İttifaqında 12-17 yaş arası uşaqlara “Moderna” vaksininin istifadəsinə razılıq verib.