27 Aprel 2024
“Umico Market”dən alış-veriş etmək istəyənlərin NƏZƏRİNƏ! - XƏBƏRDARLIQ EDİLDİ

“Umico Market”dən alış-veriş etmək istəyənlərin NƏZƏRİNƏ! - XƏBƏRDARLIQ EDİLDİ

27 Mart 2024
Baxış: 269

Kiberdələduzlar tərəfindən “Competo” MMC-nin innovativ alış-veriş platforması olan “Umico Market”in adından saxta kampaniyalar həyata keçirilir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata əsasən, ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara mesajlar göndərilərək həvəsləndirici vədlər təklif edilir.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir”, - deyə məlumatda qeyd olunub.