29 Aprel 2024
Ukraynanın Xerson şəhərində DİNC AKSİYA - Rusiya hərbçiləri iştirakçılara DİVAN TUTDULAR + VİDEO

Ukraynanın Xerson şəhərində DİNC AKSİYA - Rusiya hərbçiləri iştirakçılara DİVAN TUTDULAR + VİDEO

27 Aprel 2022
Baxış: 562

Ukraynanın Xerson şəhərində Rusiya işğalına qarşı dinc etiraz aksiyası keçirilib.

AJMEDİA.İNFO Ukrainskaya Pravda-ya istinadən xəbər verir ki, aksiya elə ilk saatda rusiyalı hərbçilər tərəfindən qəddarlıqla dağıdılıb.

Nəticədə azı dörd nəfər yaralanıb: 71 yaşlı qadında döş qəfəsində yanıqlar və ağciyərin yırtılması, 50 yaşlı kişidə ayağın açıq sınığı, iki kişidə isə gözün və burun-udlağın kimyəvi yanığı müəyyən olunub.