27 Aprel 2024
Ukraynanın paytaxtında metronu partlatmaq istəyən diversant TUTULDU - FOTO

Ukraynanın paytaxtında metronu partlatmaq istəyən diversant TUTULDU - FOTO

05 Mart 2022
Baxış: 527

Kiyevdə metronun “Slavutiç” stansiyasında diversant saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Milli Polisindən xəbər verilib.

Bildirilir ki, şübhəli şəxs stansiyaya girmək istəyərkən ələ keçib.

Onun əlindəki bağlamada F-1 qumbarası aşkar edilib.

Qeyd edək ki, metro stansiyasından vətəndaşlar üçün sığınacaq kimi istifadə edilir.