28 Aprel 2024
Ukraynanın ABŞ-dan istədiyi silahlar bəlli oldu - SİYAHI

Ukraynanın ABŞ-dan istədiyi silahlar bəlli oldu - SİYAHI

01 Aprel 2022
Baxış: 450

Ukrayna ABŞ Konqresinə Rusiyaya qarşı müdafiə olunmaq üçün ehtiyacı olan silahların siyahısını təqdim edib.

AJMEDİA.İNFO xəbər verir ki, siyahıya kəşfiyyat-zərbə dronları, taktiki radarlar, radioelektron mübarizə sistemləri və döyüş təyyarələri, xüsusən "Su-25”lər daxil olub.

Bundan əlavə, artilleriya sistemləri, zenit-raket kompleksləri, tankəleyhinə "Javelin” raketləri, gəmi əleyhinə raketlər və optik müşahidə cihazları da Ukraynanın ehtiyacı olduğu silahlar siyahısına daxil edilib.

Ukrayna tərəfi eyni zamanda yaralanmış hərbçilərin müalicəsi və zirehli texnikaların qonşu ölkələrdə təmiri üçün köməyə ehtiyacı olduğunu bildirib.