29 Aprel 2024
Ukrayna yayın sonunadək beynəlxalq aviareysləri bərpa etməyəcək

Ukrayna yayın sonunadək beynəlxalq aviareysləri bərpa etməyəcək

06 May 2020
Baxış: 412

Ukrayna yay mövsümü ərzində daxili aviareysləri bərpa edə bilər, amma beynəlxalq aviareyslərin tam bərpası hələlik mümkün deyil.

AJM xəbər verir ki, bu barədə Ukrayna Xarici işlər naziri Dmitro Kuleba “Snidanku z 1+1” teelekanalının efirində məlumat verib.

Nazirin sözlərinə görə, Ukrayna böyük ehtiyatla yayda daxili aviareysləri bərpa etməyə çalışacaq. Lakin beynəlxalq aviareyslərin bərpası təkcə Ukraynadan asılı olmadığına görə, daha çətindir. O, geniş turizm istiqamətlərinə malik olan bir çox Avropa ölkələrinin “problemin tənzimlənməsi üzərində baş sındırdıqlarını” qeyd edib.

Kuleba onu da bildirib ki, hazırda mütəxəssislər beynəlxalq aviareyslərin dünya miqyasında sentyabr ayından bərpa ediləcəyi qənaətindədirlər.

Xatırladaq ki, Ukrayna hökuməti martın 24-dən etibarən COVID-19 pandemiyası səbəbindən sərnişin aviauçuşlarına qadağa qoyub.

Teqlər: Ukrayna