28 Aprel 2024
Ukrayna Prezidenti Volodimir Zelenski QƏZAYA DÜŞDÜ - ANBAAN VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski QƏZAYA DÜŞDÜ - ANBAAN VİDEO

15 Sentyabr 2022
Baxış: 536

Ukrayna Prezidenti Volodimir Zelenskinin korteji Kiyevdə qəza törədib.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Sergey Nikiforov feysbukda yazıb.


“Kiyevdə minik avtomobili ilə Ukrayna prezidentinin avtomobili və onu müşayiət edən maşınlar toqquşub. Prezident həkim müayinəsindən keçib, ciddi xəsarət aşkarlanmayıb”, - deyə o bildirib.


Qeyd olunub ki, prezidentin korteji ilə toqquşan avtomobilin sürücüsü xəsarət alıb:


“Prezidenti müşayiət edən həkimlər ona ilkin tibbi yardım göstərib və zərərçəkmişi təcili tibbi yardım maşınına təhvil veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparacaqlar”.


Mətbuat katibi başqa təfərrüatları açıqlamayıb.