29 Aprel 2024
Ukrayna ordusu "Vaqner"in tanınmış muzdlusunu məhv etdi - FOTO

Ukrayna ordusu "Vaqner"in tanınmış muzdlusunu məhv etdi - FOTO

06 İyun 2022
Baxış: 426

Ukraynada Vaqnerin “Vax” çağırış nişanlı muzdlusu Vladimir Andanovu məhv edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Feysbukda Ukrayna Silahlı Qüvvələrinin Strateji Komandanlığı məlumat yayıb.

“Rusiya təbliğatçılarının sevimlisi, "Vaqner"in muzdlu əsgəri, Buryatiyadan olan Andanov Volodimir “Vax”a rəsmən demilitarizasiya edilib”, - məlumatda deyilir.

Andanov 2014-cü ildə könüllü kimi Donbasa gedib. O, Debaltsevo uğrunda döyüşlərdə olub, Loqvinovoda Ukrayna ordusunun hərbi əsirlərinin gülləbaran edilməsində iştirak edib.

(teleqraf.com)