Bakıda saçını kəsdirən kişi ÖLDÜ - Bərbər məhkəməlik oldu
18 dəqiqə əvvəlUdmurtiyanın rəhbəri koronavirusa yoluxub
28 May 2020
Baxış: 568
Udmurtiyanın rəhbəri Aleksandr Breçalov koronavirusa yoluxub.
AJM RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Regional Qərargahın “telegram” kanalında məlumat verilib.
“Təxminən bir xəstə ilə təmasda olduğumu bilirəm, bu, mayın 21-dən sonra olub”, deyə Breçalov vurğulayıb.
Udmurtiya rəhbərinin mətbuat xidməti hazırda Breçalovun özünü yaxşı hiss etdiyini və karantinə alındığını bildirib.
Qeyd edək ki, bu həftə Tuva rəhbəri Şolban Kara-oolda da koronavirus infeksiyası aşkarlanıb.
Çeçenistan rəhbəri Ramzan Kadırovun koronavirusa yoluxması ilə bağlı şübhələri isə ölkə parlamentinin spikeri təkzib edərək, bunu şayiə adlandırıb.