29 Aprel 2024
Türkiyənin Su Ehtiyatlarının İdarə Edilməsi Baş İdarəsinin direktoru Azərbaycanda səfərdədi - FOTO

Türkiyənin Su Ehtiyatlarının İdarə Edilməsi Baş İdarəsinin direktoru Azərbaycanda səfərdədi - FOTO

29 Dekabr 2021
Baxış: 510

Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi Baş İdarəsinin direktor müavini, Su Şurasının Baş katibi Mustafa Uzunun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev qəbul edib.

AJMEDİA.İNFO xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatına görə, görüşdə su ehtiyatlarından səmərəli istifadə sahəsində mövcud vəziyyət, su təsərrüfatı və daşqınlar üzrə idarəetmənin təkmilləşdirilməsi, bu sahədə iki ölkə arasındakı birgə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər çərçivəsində Türkiyə Respublikasının nümayəndə heyəti ölkəmizdə yaradılan su ehtiyatlarından səmərəli istifadə üzrə komissiyada təmsil olunan digər qurumlar ilə görüşlər keçirəcək və işğaldan azad olunmuş ərazilərə səfər edəcək.