28 Aprel 2024
Türkiyənin Müdafiə nazirindən Ermənistana XƏBƏRDARLIQ

Türkiyənin Müdafiə nazirindən Ermənistana XƏBƏRDARLIQ

08 Noyabr 2021
Baxış: 561

Cənab Prezident İlham Əliyev və möhtərəm Prezidentimiz Rəcəb Tayyib Ərdoğan gələcək nəsillərə sülhü vəsiyyət etmək üçün çox konstruktiv yanaşma nümayiş etdirərək, sabitliyə və əməkdaşlığa əsaslanan yeni dövrün qapısını açıblar.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

"Biz Ermənistan hakimiyyətinin mövcud siyasətlərini bir kənara qoyub bu tarixi fürsətdən, o cümlədən bizim "altılıq" formatında əməkdaşlıq təklifimizdən istifadə etmələrini gözləyirik. Hər kəs bilməlidir ki, gələcək kin və nifrət üzərində qurula bilməz. Ermənistan düşmənçilikdən əl çəkib gələcəyə baxmalıdır. Bu anlayışla tarixi məsuliyyətimiz çərçivəsində bölgəmizdə sülh, əmin-amanlıq və sabitlik üçün səylərimizi davam etdirəcəyik”, - H.Akar bildirib.