27 Aprel 2024
Türkiyədə çıxış edən daha bir israilli futbolçuya qarşı ARAŞDIRMA BAŞLANILDI - FOTO

Türkiyədə çıxış edən daha bir israilli futbolçuya qarşı ARAŞDIRMA BAŞLANILDI - FOTO

15 Yanvar 2024
Baxış: 343

Türkiyədə bilək sarğısına yazılan ifadələrlə İsrailə dəstək verən və bu səbəbdən saxlanılan “Antalyaspor”un israilli futbolçusu Saqiv Jehezkeldən sonra daha bir oyunçu dəstək paylaşımı edib.

AJMEDİA.İNFO xəbər verir ki, “Başakşehir” klubunun israilli futbolçusu Eden Karzev “Instagram” hesabında etdiyi paylaşımla İsrailə dəstəyini ifadə edib.

Eden Karzevin paylaşımında Jehezkelə bənzər şəkildə “100 gün” sözləri yer alıb və girovların azad olunması tələb edilib.

“Başakşehir” klubu futbolçunun bu paylaşımından sonra açıqlama yayıb.

“Şəxsi sosial media hesabından ölkəmizin həssas olduğu mövzulara zidd paylaşım edən və bununla da klubun intizam qaydalarını pozan Eden Karzev haqqında araşdırma başladılıb. Bu məsələ ilə bağlı futbolçudan özünü müdafiə etməsi üçün yazılı izahat tələb olunub”, - deyə klubun açıqlamasında bildirilib.

Xatırladaq ki, Türkiyənin “Antalyaspor” futbol klubunun israilli futbolçusu Saqiv Jehezkel “Trabzonspor”la oyunda qol vurduqdan sonra etdiyi əl hərəkətinə görə saxlanılıb.

O, biləyindəki sarğıda olan yazıları ekranlara göstərib. Yazıda İsrail-Fələstin qarşıdurmasının başlanma tarixi olan “7 oktyabr, 100-cü gün” və İsrail bayrağına işarə edən simvollar olub.

İstintaq çərçivəsində israilli futbolçuya qarşı “ictimaiyyəti kin və düşmənçiliyə sövq etmək” maddəsi üzrə ittiham qaldırılıb.

Futbolçu polis bölməsindəki prosedurlardan sonra sərbəst buraxılıb və azadlıqda qalmaq şərt ilə istintaq prosesi davam edir.

Mənbə: Haber Global