29 Aprel 2024
Türkiyədə bu gün koronavirusdan 181 nəfər öldü

Türkiyədə bu gün koronavirusdan 181 nəfər öldü

15 Oktyabr 2021
Baxış: 466

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 181 nəfər ölüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 363 536 nəfər test edilib, onların 30 694-nün koronavirus testi pozitiv nəticə verib, 25 513 nəfər sağalıb.

Nazirliikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 113 709 533 peyvənd tətbiq edilib ki, bunun 88,29 faizi birinci, 75,91 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.