27 Aprel 2024
Türkiyə və İsrail münasibətlərindəki gərginliklər taktiki gedişdir, yoxsa strateji dərinliyə sahibdir? - David Seliverstov

Türkiyə və İsrail münasibətlərindəki gərginliklər taktiki gedişdir, yoxsa strateji dərinliyə sahibdir? - David Seliverstov

31 Oktyabr 2023
Baxış: 1191

Ərdoğanın İsrail və Həmas münaqişəsi ilə bağlı çıxışları son vaxtlar diqqəti cəlb edir. İlk olaraq HƏMAS-ı mücahid qruplaşması kimi qeyd etdi, sonra isə İstanbulda Fələstinə dəstək aksiyası keçirdi.
Ancaq bu münaqişədən əvvəl hər iki ölkə İsrail və Türkiyə münasibətləri normallaşma prosesinə doğru gedirdi.

.

Son zamanlar Yaxın şərqdə baş vermiş gərginliklə bağlı Türkiyə-İsrail münasibətlərindəki gərginlik barədə "Magen David Group"un rəhbəri və Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov AJMEDİA.İNFO-nun suallarına cavab verib.

.

Türkiyənin bu cür mövqe tutmasında səbəb nədir?

.

Əslində Türkiyə və İsrail münasibətlərinin kökündəki bəzi amillər hər iki ölkənin tarixindən daha qədimdir. Münasibətlərin təməli 15-ci əsrə qədər gedir. 1491-ci ildə 200 mindən çox yəhudi inkvizisiya məhkəmələri tərəfindən İspaniyadan çıxarıldıqları zaman Osmanlı imperiyası onları öz ərazisində yaşamağa dəvət edən tək ölkə olub.
Bu prosesdən sonra yəhudilər Osmanlı tarixində çox əhəmiyyətli rol oynayıblar. Onlar ticarət, sənaye və bank sektorunda daha ön planda olublar. Osmanlının son dövrlərində yəhudilərin Yerusəlim və digər müqəddəs torpaqlarla bağlı bəzi tələbləri qəbul edilmədiyindən Sultan Əbdülhəmidlə onların arasında narazılıq yaranıb. Hətta yəhudi təşkilatlarının məhz bu səbəbdən Osmanlıya qarşı həyata keçirilən parçalama siyasətlərinə dəstək verdikləri də iddia olunur.
Türkiyə İkinci Dünya müharibəsi illərində, yəhudilər Avropa ölkələrinin bəzilərində soyqırıma məruz qoyularkən də oxşar münasibət göstərərək onları müxtəlif vasitələrlə xilas edib, Anadoluya gəlmələrinə şərait yaradıb.

Türkiyə və İsrail rəsmi münasibətləri isə 1949-cu ildə başlayıb. Türkiyə İsrail dövlətini tanıyan ilk müsəlman ölkəsi olub. 1950-ci ildə Türkiyə İsraildə səfirlik açıb.

Türkiyə tərəfində isə bəzi mütəxəssislər Ankaranın münasibətlərin xarakterində yüngülvari düzəlişlər, bəziləri ciddi dəyişikliklər etdiyini, bəziləri dinci xarici siyasət kursu izləndiyini”, bəziləri isə bütün bunların sırf İsrailin ədalətsiz addımlarından qaynaqlandığını düşünür. Bunların hər birinin kifayət qədər əsasları olsa da ümumən Türkiyə və İsrail münasibətlərinin nə tam qopmayacağını, nə də artıq əvvəlki xarakterə sahib olmayacağını söyləmək mümkündür.
Sadəcə olaraq xarici siyasətdə daha böyük gedişlər etməyə çalışan Türkiyənin soyuq müharibə sonrası şəraitə uyğunlaşma axtarışları, Osmanlı mirasından faydalanma arzuları, İsrail ilə münasibətlərin bərabər səviyyəli olmadığı düşüncəsi bu prosesdə daha çox rol oynayan amillərdir. Buna, təbii ki, mövcud hakimiyyətin daxili siyasi bazasına da xitab etmə təşəbbüsləri də əlavə olunmalıdır.
Türkiyənin bu addımları Obama hakimiyyətinin yeni siyasi kursuna uyğun olaraq ABŞ-ın istəyi ilə atdığı, bir az daha da irəli gedərək hətta İsrailin də içində olduğu bir oyun çərçivəsində atdığı fikirləri də irəli sürülür. Amma, açıq dəlillər münasibətlərin xarakterində ciddi dəyişiklik olduğunu göstərir.

Soyuq müharibədən sonrakı beynəlxalq şərait, PKK terroru, təhlükəsizlik faktoru və ABŞ-ın önəmli rolu bu iki dövləti bir-birinə yaxınlaşdırıb.
1999-cu ildə PKK lideri Abdullah Öcalanın Keniyada həbs olunaraq Türkiyəyə gətirilməsində İsrail xüsusi xidmət orqanı “Mossad”ın rolu münasibətlərdəki müsbət amillərdən biri kimi dəyərləndirilir. 2007-ci ilin noyabr ayında Türkiyəyə 3 günlük səfərə gedən İsrail prezidenti Şimon Peresin Böyük Millət Məclisində çıxışı isə bir İsrail prezidentinin əhalisinin əksəriyyəti müsəlman olan bir ölkənin parlamentində etdiyi ilk çıxış olub.

.
Bütün bu amillərə nəzər salarkən sual yaranır: indiki mərhələdə baş verənlər tam təsadüfdür, yoxsa son dövrlərdə yaşananların təbii səbəbləri də var? Türkiyə və İsrail münasibətlərindəki gərginliklər taktiki gedişdir, yoxsa strateji dərinliyə sahibdir?

.
Türkiyə və İsrail münasibətləri ilə bağlı bir neçə xüsusi diqqət çəkən mənfi hadisə baş verib. Bunlar Türkiyənin “Həmas”la münasibətləri, Davosda baş verən gərginlik, hərbi təlimlərə İsrailin dəvət olunmaması, hərbi sahədəki alqı-satqı müqavilələri ilə bağlı yaranmış problemlər və baş nazir Ərdoğanın İranın nüvə proqramıyla əlaqədar mövqe bildirərkən İsrailin nüvə silahına sahib olmasını tez-tez tənqid etməsidir.

Hal - hazırda Türkiyə və İsrail münasibətləri Azərbaycanı da yaxından maraqlandırır. İlk əvvəl Azərbaycanın vacib strateji müttəfiqi olan Türkiyənin Azərbaycanla normal münasibətlərə malik olan İsraillə münasibətləri bizi təbii olaraq maraqlandırır. Müxtəlif xalqları təmsil edən çoxlu sayda milli azlıqların yaşadığı Azərbaycan tolerant dövlətdir. Ölkəmiz bütün etnik qruplar kimi, yəhudi icmasının da öz dilini, dinini, mədəniyyətini, adət və ənənələrini qoruyub saxlamasına və inkişaf etdirməsinə hər cür qayğı göstərir.

Biz bütün dünyada bütün terror təşkilatların fəaliyyətini xüsusilə HƏMAS-ın fəaliyyətini pisləyir və terrora YOX- David Seliverstov.